Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO
06 Noy 2023 15:58

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

Primorye diyarı Yapon dənizindən gələn güclü siklonun təsirinə məruz qalıb. Güclü yağış və qar nəticəsində bir çox şəhərlərə ziyan dəyib, naqillər qırılıb, ağaclar yıxılıb. Buz qabığının təzyiqi altında 200-ə yaxın ağac zədələnib.

İki mindən çox sakini olan 1200-dən çox yaşayış binası işıqsız qalıb. Məktəblər distant təhsilə keçirilib.

Dörd şəhər qazanxanası da işıqsız qalıb. Onlardan ikisinin alternativ enerji mənbələrinə keçirilməsi mümkün olub.

Ən çox yağıntı rayonun cənubuna düşüb. Vladivostokda artıq ikiaylıq norma həcmində yağıntı düşüb və yağış hələ də davam edir. Avtobuslar üzür, avtomobillər suda batır, küçələr tədricən su altında qalır.

Bütün bölgədə yağıntılar, güclü küləklər və şaxtalı hava hökm sürür.

 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.